Bazar , Sentyabr 20 2026
azfa

Türk ölkəsi Qırğızıstanda III Meykin Asiya Beynəlxalq Musiqi Festivalı keçirilir

GADTB: Qırğızıstanın İssık Kul sahilində yerləşən kurort şəhəri Çolpon-Atada keçirilən III Meykin Asiya Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi oldu.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov mərasimdəki çıxışında festivalın ən hörmətli və nüfuzlu musiqi tədbirlərindən birinə çevrildiyini bildirərək deyib: “Festival istedadlı gənc müğənnilərin karyerasına və dünya şöhrətinə töhfə verir”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ilk festivalın 2013-cü ildə keçirildiyini xatırladaraq bildirib: “Meykin Asiya Beynəlxalq Musiqi Festivalı türk dünyasının müasir musiqi, dostluq, gözəllik və motivasiya festivalıdır”.

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala Qırğızıstan hökuməti, İssık-Kul qubernatorluğu, Qırğızıstan Dövlət Radio və Televiziya Korporasiyası və TÜRKSOY dəstək verib.

Festivalın münsiflər heyətinin sədri Qırğızıstanın vokal müğənnisi Aktan İsabayev, üzvlər isə Türkiyə bəstəkarı Səlim Çaldıran, Şimali Makedoniyadan Ümumdünya Festivallar Assosiasiyasının prezidenti Maryan Katarovski, Qazaxıstanın Xalq artisti Bəxtiyar Taylakbayev, Özbəkistan xalq artisti Nodir Sidikov, Rusiyadan prodüser Vadim Hüseynovdur.

Musiqili tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan, Türkiyə, Şimali Kipr Türk Respublikası (ŞKTR), Bosniya Herseqovina, Rusiya, Bolqarıstan, Şimali Makedoniya, Sloveniya və Serbiyadan 18-35 yaş arası istedadlı gənc müğənnilər iştirak edir.

Qırğızıstanı qlobal mədəniyyət və turizm sahəsinə inteqrasiya etmək məqsədi daşıyan festivalın yekun – mükafatlandırma mərasimi və qala-konserti 20 avqustdadır.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …