
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində PKK terrorçularından daha 3 üzvü məhv edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları nəticəsində zərərsizləşdirilən PKK terrorçularının sayı 37-yə çatıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları aprelin 24-də başlayıb.