Çərşənbə axşamı , Yanvar 26 2021
azfa

Türk ordusunun ruslarla birgə Qarabağdakı missiyası dəqiqləşdirilməkdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ zəfərindən sonra əldə olunan 9 maddəlik razılaşma əsasında ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 50-60 km uzunluğunda yeni koridor inşa ediləcək.

İkitərəfli yolun Zəngilan rayonuna qədər uzanması gözlənilir.

Koridor Azərbaycanın müəyyən etdiyi istiqamətdə olacaq.

Yolun geosiyasi əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Naxçıvanla fiziki əlaqə qura biləcək. Bununla Türk dünyasını iki yerə ayıran koridor yarılmış olacaq. Türk dünyasının içindəki süni maneə aradan qaldırılacaq. Nəticədə Gürcüstan və İrandan keçən yolları birbaşa Naxçıvan yolu əvəz edəcək.

Türk-Rus Sülhməramlıları

Digər tərəfdən, Dağlıq Qarabağda xidmət edəcək türk əsgərinin mövqeyi də dəqiqləşməkdədir. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki atəşkəsə nəzarət və təhlükəsizliyin təmin olunması üçün yaradılacaq monitorinq mərkəzində yer alması ilə yanaşı, yurdundan qovulmuş qarabağlıların yenidən evlərinə qayıdışına da nəzarət etməsi planlaşdırılır. Sözügedən monitorinq mərkəzinin işğaldan azad olunmuş bölgədə qurulması gözlənilir.

Etibarlı mənbələrin məlumatına görə, Türkiyə Dağlıq Qarabağdakı atəşkəsi qorumaq üçün pilotsuz uçuş aparatlarından da istifadə edəcək. 7 ədəd izləmə-əlaqə bürosu yaradılacaq.

Həmçinin yoxlayın

İranın Çinə gizli şəkildə qanunsuz neft daşıyan 2 tankeri ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İndoneziya İran neftinin Çinə qanunsuz olaraq məxfi şəkildə …

S.C.Pişəvərinin BMT-yə yazdığı gizlədilən məktub-ŞOK TARİXİ FAKTLAR

GADTB: 75 il bundan öncə Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri …

Bir cavab yazın