Bazar , Dekabr 22 2024
azfa

Türk şəhəri Kərkükə PKK terror təşkilatının bayrağının asılmasına ərəblər də etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarixi türk şəhəri Kərkükə PKK terror təşkilatının bayrağının asılmasına burada koçüb yaşayan ərəblərin də etirazına səbəb olub.

Kərkük Ərəb Məclisi verdiyi yazılı şərhdə bölücü terror təşkilatı PKK-nın şəhərdə bayrağını asarkən İraq bayrağını cırmasının ölkənin suverenliyinə təhqir olduğunu bildirib: “Terror təşkilatlarının İraqda varlığı qəbul edilməməlidir. Təhlükəsizlik qüvvələrinin terrorçuların hərəkətlərinə etiraz etməmələri narahatvericidir. Kərkükün sabitliyi, təhlükəsizliyi və dincliyini pozan hər kəsə qarşı ciddi tədbir görülməlidir.”

Qeyd edək ki, terror təşkilatı PKK 19 iyunda İraqın tarixi türk diyarı Kərkük şəhərindəki bəzi körpülərdə bayrağını asıb və Türkmən Şəhidlər Qəbiristanlığına hücum edib.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın