Bazar ertəsi , İyul 22 2024
azfa

Türk Şurası rəsiləri Bakıda toplanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının İnformasiya və Media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçiriləcək.

Tədbirin aprelin 10-da Bakıda baş tutacağı gözlənilir.

Toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası təşkil olunacaq.

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türk ölkələrində baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı müzakirə olunacaq.

Həmçinin türk dövlətlərinin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklər.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …