Çərşənbə axşamı , May 21 2024
azfa

Türkcə uşaq adlarının qadağan edilməsi barədə Murtəza Pərvinin qrafit əsərləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı sənətçi və mədəni fəal Mürtəza Pərvinin rəsm əsərləri geniş yayılıb.

Əsərlər tanınmış azərbaycanlı rejissor Məhəmməd Əlimuradi tərəfindən özünü şəxsi hesabında paylaşılıb. Paylaşımda Mürtəza Pərvinin qadağan edilmiş türk adlarına həsr etdiyi əsərlərinə yer alıb.

Əlimuradi, təsviri incəsənət sahəsinin nümayəndələrindən olan Mürtəza Pərvinin qrafittlərini paylaşmaqla, məhbus sənətçiyə dəstək verib.

Qrafit əsərlərinin mövzusu türk adlarına görə ölkənin Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi tərəfindən aylarla, hətta illərlə doğum haqqında şəhadətna ala bilməyən uşaqlar barədədir.

Azərbaycanlı fəal tərəfindən çəkilən qrafitlərdə Yağış, Ayıl, Atakan, Huntay və başqa türk uşaq adları təsvir olunub.

Mürtəza Pərvin yayımlanan videodakı çıxışında deyilir: “Gördüyümüz işlər uşaq dünyasının müxtəlifliyini göstərir, onlar dünya haqqında nə düşünürlər? Dünyaya necə baxırlar? Bəs onlar hansı dünyada yaşayırlar? Gördüyünüz kimi, biz bu rəsmlərlə divara hisslər çəkirik və onlarla (uşaqlarla) bir şəkildə ünsiyyət qururuq”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Video:

https://t.me/GADTB1/34920

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …