Bazar ertəsi , Yanvar 24 2022
azfa

Türkiyə 48 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Qara bölgəsində PKK-lı terrorçulara qarşı başladılan “Pençe Kartal-2” əməliyyatının sona çatdığını bəyan edib.

O, əməliyyat nəticəsinə 48 terrorçunun məhv edildiyini, ikisi sağ ələ keçirildiyini deyib.

“PKK-nın alçaq hücumları nəticəsində 13 mülki şəxs şəhid oldu”, – nazir bildirib.

Digər tərəfdən isə PKK-nın 40 ildə Türkiyəyə vurduğu zərər açıqlanıb.

Məlumata görə, 2016-cı ildən başlayaraq, Türkiyənin antiterror əməliyyatları aktiv hal almağa başlayıb.

Bildirilib ki, Türkiyənin Suriyada keçirdiyi 4 genişmiqyaslı əməliyyatla cənub sərhədində yaradılması planlaşdırılan terror dəhlizi məhv edilib. Türkiyə bölgədə həm terrorla, həm də böyük köç axını ilə mübarizə edib. Əməliyyatlar çərçivəsində minlərlə terrorçu zərərsizləşdirilib, yüzlərlə türk hərbçisi isə şəhid oldu. Hazırda PKK çökmüş vəziyyətdədir. Xalq bölgədə PKK-nın tələblərini yerinə yetirmir.

Bəs PKK Türkiyəyə nə qədər ziyan vurub?

Mütəxəssislərin fikrincə, PKK Türkiyəyə ildə ən azı 2 milyard dollar ziyan vurur.

35-40 ili nəzərə alsaq, bu rəqəm 80 milyard dollara çatır.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …