Şənbə , Fevral 8 2025
azfa

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyi sözügedən qərarla bağlı yazılı açıqlama verib.

Açıqlamada Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı verdiyi açıqlamada qeyd olunan fikirlərin paylaşıldığı ifadə edilərək bildirilib ki, ABŞ-ın bəyan etdiyi və Kıbrıs Rum Rəhbərliyinin silah satışı və hərbi təlim üçün münasib ölkə olaraq təyin edən qərarı qınayırıq. Adada silahlanma fəaliyyətlərini artıracaq bu qərarı ciddi səhv kimi qiymətləndiririk.

Açıqlamada Bölgənin son dərəcə həssas bir dövrdən keçdiyi nəzərə alındıqda bütün əlaqədar tərəflərin təxribatçı addımlardan imtina etməsinin və sağlam düşüncə ilə hərəkət etməsinin vacibliyi vurğulanıb. Həmçinin “ABŞ-ın tezliklə vəzifəyə başlayacaq yeni rəhbərliyinin mövcud prezidentin atdığı bu yanlışdan geri addım atmasını gözləyirik. Ana Vətən və qarant dövlət olaraq Türkiyə KKTC-nin müdafiə və çəkindirmə imkanlarını artırmaq üçün atacağı addımları dəstəkləməyə davam edəcək” deyilib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 1961-ci il tarixli Xarici Yardım Aktına uyğun olaraq Kıbrıs Rum Rəhbərliyinə ABŞ-dan “müdafiə materialları və xidmətləri” almağa imkan tanıyan qərar qəbul edib.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı iki əsas vasitə – Ermənistana dəstək və proksi müharibədən istifadə edib”

GADTB: “Atlantic Council” saytında “ABŞ #Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlığı ilə dərc olunan …

Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir

GADTB: Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan …