Cümə , Oktyabr 4 2024
azfa

Türkiyə ABŞ-ın Güney Kiperlə “İkitərəfli Müdafiə Əməkdaşlığı – Yol Xəritəsi” sazişinə sərt reaksiya verdi

GADTB: Regional sabitliyə xələl gətirə biləcək siyasətlər yenidən nəzərdən keçirilməlidir. Türkiyə Ana Vətən və qarant dövlət olaraq Kipr türklərinin təhlükəsizliyini və firavanlığını istənilən şəraitdə təmin etməyə davam edəcək.

Bunu Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr arasında “İkitərəfli Müdafiə Əməkdaşlığı – Yol Xəritəsi” sazişinin imzalanmasına münasibət bildirərkən qeyd edib.

Ankara bu addımların adanın şimal hissəsinin təhlükəsizliyinə xələl gətirdiyini bəyan edib.

Bəyanatda vurğulanıb ki, bu razılaşma ABŞ-ın Kipr adasına münasibətdə neytral mövqeyini sarsıdır və Kipr probleminin həlli üçün ədalətli, davamlı və sabit razılaşma əldə etməyi çətinləşdirir.

Həmçinin yoxlayın

Litva da Sepah-ı terror təşkilatı elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) …

İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

GADTB: Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın …