
GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb.
Türkiyə Xarici İşlər Nazirliyinın bununla bağlı yaydığı məlumatda bildirilib ki, Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.
Qeyd olunub ki, rəsmi Ankara razılaşmanın nəticələrini, o cümlədən 4 kəndin Azərbaycana qaytarılmasını müsbət qiymətləndirir.
Həmçinin vurğulanıb ki, Türkiyə iki ölkə arasında müzakirələrin davam etdirilməsi ilə bağlı razılığı məmnunluqla qarşılayır.