Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü Bakı Türk Şəhidliyində qeyd olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakı Türk Şəhidliyində Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Tədbirə Türkiyə Səfirliyinin əməkdaşları, Hərbi Attaşelik, müşavirliklər, Bakıdakı türk məktəblərinin nümayəndələri və digər şəxslər qatılıblar.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə səfiri Cahit Bağçı Bakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə çələng qoyub. O, Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …