Bazar ertəsi , May 27 2024
azfa

Türkiyə Ermənistandan dəqiq mina xəritələrini Azərbaycana çatdırmağı tələb etdi

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, “Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini çatdırmağa çağırırıq”.

“Türkiyə dünyada və regionda həm quru, həm də dəniz minalarına qarşı mübarizəyə konkret töhfələr verən bir ölkədir. Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə biz Piyada əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava Konvensiyasını və bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəkləyirik.

Uzun müddətdir ki, minalarla çirklənməyə görə ciddi təhlükə ilə üzləşən Əfqanıstan və işğaldan azad etdiyi torpaqlarda aşkar edilməmiş çoxlu minaları olan Azərbaycan kimi ölkələrin təhlükəsizlik narahatlıqlarını bölüşürük”, – deyə Türkiyə XİN qeyd edib.

Məlumatda o da vurğulanıb ki, Türkiyə mina riskləri ilə mübarizə aparan ölkələrə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.

Həmçinin yoxlayın

Sayın Ərsin Tatar sayın Mikayil Oyta və Sara xanım Azərsunun idarə etdiyi radionun efirində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sidneydə səfərdə olan Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı …

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …