
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mövcud “F-16”ları yerli və milli imkanlarla modernizasiya edir.
Bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir bildirib.
“Qırıcıların radar, idarəetmə və digər sistemləri, həmçinin sursatlarının yerli və ən müasir analoqları ilə əvəz edilməsi F-16-ları artıq milli döyüş təyyarəsi halına gətirəcək”, – Dəmir bildirib.