Cümə , Yanvar 28 2022
azfa

Türkiyə ilə Azərbaycanın imzaladığı müdafiə sənayesi sahəsindəki əməkdaşlıq sazişi təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.

Bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktaybarın 31-də Bakıda imzalanıb.

R.T.Ərdoğanın təsdiq etməsi ilə saziş qüvvəyə minib.

Qeyd edək ki, həmin ilin oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İclasdan sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü milli müdafiə naziri Nurəddin Canikli imzalayıblar.

Həmçinin yoxlayın

İran Ermənistanla qızıl və almaz hasilatı sahələrində əməkdaşlıq edə bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Qızıl, Cəvahirat, Gümüş və Qiymətli …

Türkiyənin TOGG avtomobili “CES-in Ən Yaxşı 20 Brendi”ndən biri seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası …