Türkiyə “İldırım-5’’ әmәliyyatına start verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Tәhlükәsizlik qüvvәlәri Hatayın Amanoslar bölgәsindә separatçı terror tәşkilatı PKK-ya qarşı ‘‘İldırım-5’’ әmәliyyatına start verib.

Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu Ankarada keçirilәn ‘‘Cinayәt Tәdqiqatı üzrә Tәlim Kursu’’nun açılış proqramına qatılıb.

Süleyman Soylu burada etdiyi çıxışında deyib: ‘‘Bu gün sәhәr radәlәrindә Amanoslar bölgәsindә ‘‘İldırım-5’’ әmәliyyatına start verdik’’.

Ölkә daxilindәki terrorçuların zәrәsizlәşdirilmәsi üçün aparılan ‘‘İldırım 1,2,2 vә 4’’ әmәliyyatları çәrçivәsindә bu günәdәk 15 terrorçunun zәrәsizlәşdirildiyi bildirilib.

Әmәliyyat nәticәsindә hәmçinin 30 mağara, sığınacaq vә anbarın mәhv edildiyi vurğulanıb.

Daxili İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘İldırım әmәliyyatları xalqımızın dәstәyi ilә qәtiyyәtli şәkildә davam etdirilir’’.

Həmçinin yoxlayın

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral …

Bir cavab yazın