GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İngiltərəyə yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı tibbi yardım daşıyan hərbi yük təyyarəsi Londona çatıb.
Türkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdiTürkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdi.
Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən hazırlanan N95 növ maskalar və xüsusi tibbi geyimdən ibarət yardım materialı Ankarada yerləşən Etimesgut Hərbi Hava limanından “A400M” tipli yük təyyarəsinə yerləşdirilərək yola düşüb və Londana çatıb.
Göndərilən bağlamaların üzərində türkcə və ingiliscə Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.
İngiltərəyə sabah da tibbi yardım göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyə daha əvvəl İtaliya, İspaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina və Kosovaya, İrana və başqa ölkələrə də tibbi yardım göndərmişdi.