Cümə axşamı , Dekabr 2 2021
azfa

Türkiyə İraqın şimalında PKK terror təşkilatına qarşı genişmiqsaylı əməliyyat həyata keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın şimalında Avaşin bölgəsində şiddətli qarşıdurmaların baş verdiyi terror yuvası Kartal təpədə terror təşkilatı PKK üzvü çox sayda terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 21-də İraqın şimalındakı Avaşin bölgəsində başlatdığı əməliyyat davam edir.

Kartal təpə bölgəsi sərhəd xəttində döyüş təyyarələri və haubitsalardan güclü atəşə tutulub. Komandolar və xüsusi təyinatlılar helikopterlərlə əraziyə endirilib.

Bölgəni mühasirəyə alan Türkiyə əsgəri oktyabrın 22-də qurudan irəliləməyə başlayıb və bölgədə şiddətli toqquşmalar baş verib.

Xüsusilə tunelə oxşar bir mağarada kütlə şəklində bir qrup terrorçu sıxışırılıb. Ərazi mühasirəyə alınıb. “Təslim ol” çağırışlarına atəşlə cavab verən çox sayda terrorçu zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, qaça bilməyəcəklərini anlayan çox sayda təşkilat üzvü təslim olmaq məcburiyyətində qalıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …