Cümə axşamı , Dekabr 2 2021
azfa

Türkiyə istehsal etdiyi zirehli müharibə maşınlarını sərgiyə çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə zirehliləri 17-20 avqust tarixlərində olacaq və çox sayda ölkədən qonağın qatılacağı XV İstanbul Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF 2021) bir daha vitrinə çıxarılır

Türkiyə müdafiə sənayesində inkişaf etdirilən zirehli müharibə maşınları keyfiyyət, yüksək performans və xərc üstünlüyü ilə ixracatda yeni uğurlara imza atır.

Türkiyənin zirehli müharibə maşını istehsalçılarından olan “Nurol Makina” başda Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Qüvvələri olmaqla ölkə içi və xaricindəki istifadəçilər üçün “Ejder Yalçın”, “Yörük” “İlgaz II”, “Ejder Kunter” və “Ejder TOMA” (toplumsal olaylara müdahale aracı – ictimai hadisələrə müdaxilə maşını) kimi bir sıra hərbi maşınlar istehsal edir. Bu günə qədər 1500-dən çox zirehli maşın 8 il kimi qısa müddətdə Qətər, Küveyt, Macarıstan, Çili, Özbəkistan, Seneqal kimi fərqli coğrafiyalardakı ölkələrdə xidmət göstərib.

Sözügedən maşınlar Türkiyə xaricində 14 ölkədə istifadə edilir ki, bunlara son olaraq bir Afrika ölkəsi əlavə olunub. Beləcə, ixracat edilən ölkə sayı 15-ə yüksəlib. Bu ixracat çərçivəsində “Ejder Yalçın 4×4” zirehli müharibə maşını Birləşmiş Millətlər Təşkilatında xidmət göstərəcək.

Türkiyənin hərbi zirehli müharibə maşınları ilə maraqlanan Yaponiyada təşkil edilən zirehli maşın tenderində “Nurol Makina” “Yörük 4×4” ilə ilk seçimi keçən 5 firmadan biri olmağı bacarıb.

Türkiyə zirehliləri 17-20 avqust tarixlərində olacaq və çox sayda ölkədən qonağın qatılacağı XV İstanbul Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF 2021) bir daha vitrinə çıxarılacaq.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …