Cümə axşamı , İyul 10 2025
azfa

Türkiyə minaya davamlı yeni zirehli maşınını istifadəyəverdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.

Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal haqqında 15 gündür heç bir məlumat yoxdur

GADTB: 15 gün öncə İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs etdiyi azərbaycanlı fəal Murtəza …

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …