Bazar ertəsi , İyun 17 2024
azfa

Türkiyə Mosulda konsulluğuna terror hücumu ilə bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumla bağlı bəyanat yayıb.

Bu barədə nazirliyin Tvitter hesabnda paylaşım edilib.

Bildirilib ki, İraqdakı səlahiyyətli şəxslər diplomatik nümayəndələrin təhlükəsizliyi üçün hər cür qabaqlayıcı addımı atmalıdır: “Mosuldakı Baş konsulluğa hücum nəticəsində kimlərin mülki şəxsləri hədəf aldığını bir daha gördük. Hücumu təşkil edən terrorçular tez və ya gec buna görə cavab verəcəklər. İraqlı qardaşlarımızla terrorla mübarizə və sərhəd təhlükəsizliyi üçün əməkdaşlığa hazırıq”.

Bəyanatda, həmçinin qeyd olunub ki, terrorçular törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar: “Onların hiylələrini alt-üst edəcək, regionu qana boyamaq xəyalları ilə birlikdə onları qazdıqları quyuya basdıracağıq”.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …