Bazar ertəsi , İyul 22 2024
azfa

Türkiyə Ordusu çox sayda PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının 11 üzvünü zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK/YPG terror təşkilatının “Sülh çeşməsi” bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq cəhdinin qarşısı alındı. Komandolar Türkiyə Ordusuna hücum etməyə cəhd göstərən 11 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terror təşkilatının “Sülh çeşməsi” bölgəsindəki barışı və təhlükəsizliyi pozmasına icazə verməmişik və bundan sonra da verməyəcəyik. Komandolarımız bölgədə hər cür tədbirləri görür”, – nazirliyin paylaşımında qeyd edilib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …