Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində sərhəddən kənarda və əhatəli əməliyyatlar həyata keçirir.

Bu çərçivədə son bir həftədə 43 terrorçu zərərsizləşdirilib.

Beləliklə, yanvarın 1-dən etibarən  zərərsizləşdirilən terrorçuların sayı 845-ə çatıb. Məlumata görə, onlardan 376-sı İraqın, 469-u isə Suriyanın şimalında zərərsizləşdirilib.

Məlumatda həmçinin terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyi bildirilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …