Cümə , Aprel 19 2024
azfa

Türkiyə PKK ilə bağlı mühüm razılaşma əldə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Baş naziri Mustafa Kazımi və Xarici işlər naziri Fuad Hüseynin Türkiyəyə səfərində önəmli razılaşmalar əldə edilib.

Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, nazirlərin Ankarada keçirdiyi görüşlərdə Ovaköy-Fişhabur sərhəd qapısı və Bağdada ikinci ticarət yolunun açılması məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər arasında bölgədə PKK terror təşkilatına qarşı birgə mübarizə də yer alıb. Terrorçuların İraqdan Suriyaya keçid kimi istifadə etdikləri Sincar bölgəsində PKK-nın varlığına birdəfəlik son qoyulmasının önəmi vurğulanıb.

Bağdad və Şimali İraq Kürd Regional Rəhbərliyinin Sincarda PKK-yə qarşı apardıqları əməliyyatlara Türkiyənin dəstək verməyə hazır olduğu bildirilib.

Nəşr tərəflər arasında müzakirə edilən bu məsələlərlə bağlı anlaşmaların əldə olunduğunu istisna etməyib.

Əlavə edək ki, İraqla ticarətdə alternativ sərhəd qapılarının açılması məsələsi 1900-cü illərdən dəfələrlə gündəmə gəlib. Lakin bu addım terrorçuların yolunu kəsə biləcəyi ehtimalı ilə hər dəfə əngəllənib. Fişhabur üzərindən Təlafərə, oradan Mosul, Bağdad və Kərkükə uzanan Ovaköy ticarət xətti terror təşkilatlarının İraq və Suriya əlaqələrini kəsən strateji əhəmiyyətə malikdir.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın