Cümə axşamı , Oktyabr 10 2024
azfa

Türkiyə PKK terrorçularına qarşı “Ərən qış-24” əməliyyatına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Siirt bölgəsində “Ərən qış-24 şəhid jandarma baş çavuş Ərkan Yalçın əməliyyatı” başladılıb.

Bu barədə Türkyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Siirtdə “axtar-tap-məhv et” taktikası ilə başladılan əməliyyatın məqsədi terrorçuları zərərsizləşdirmək, regionda sülh və təhlükəsizliyi möhkəmləndirməkdir.

Əməliyyatda jandarma və polis xüsusi təyinatlıları və mühafizə dəstələrindən ibarət 545 şəxsi heyət iştirak edir. Bildirilib ki, ölkədə terrorun kökünü kəsmək üçün həyata keçirilən “Ərən qış” ​​əməliyyatları xalqın dəstəyi ilə uğurla davam etdirilir.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …