Cümə axşamı , Dekabr 2 2021
azfa

Türkiyə PKK terrorçularına qarşı yeni əməliyyata başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən Şırnaqda “Eren Kış-1” əməliyyatı başladılıb.

Əməliyyatda 1550 nəfərlik şəxsi heyət iştirak edir.

Türkiyə DİN-dən bildirilib ki, Şırnaq Jandarma Bölgə Komandanlığının rəhbərliyi altında keçirilən əməliyyatda Jandarma Komando, Jandarma Özəl Hərəkatı (JÖH), Polis Özəl Hərəkatı (PÖH) və Təhlükəsizliyi Mühafizə qruplarından ibarət 121 əməliyyat qrupu yer alıb: “Əməliyyatın başladılmasında məqsəd PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgəyə sığınan terrorçuları zərərsizləşdirməkdir. Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən “Eren Kış-1″ əməliyyatı əzm və müvəffəqiyyətlə davam edir”.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …