Bazar , Yanvar 18 2026
azfa

Türkiyə Qara dənizdə yeni hərbi baza yaradır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı 9-cu dəniz bazasını Şərqi Qara dənizdə quracaq.

Baza Trabzon şəhərinin 40 kilometrliyində yerləşən Çamburnu limanında qurulacaq. Hərbi baza freqat, sualtı qayıq və hücum katerlərinə lojistik dəstək verəcək. Bundan başqa, hərbi bazada 400 hərbçi və 200 mülki işçi işləyəcək.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Donanmasının 8 dəniz bazası var.

Həmçinin yoxlayın

Wall Street Journal: İranın coğrafi parçalanması regional balansları dəyişə bilər

GADTB: Wall Street Journal qəzetində dərc olunan “A Fractured Iran Might Not Be So Bad” …

Tehran prokuroru etirazçılarla bağlı edam hökmlərinin ləğvi iddialarını təkzib etdi

GADTB: Tehran prokuroru etirazçılar barəsində çıxarılan edam hökmlərinin ləğv edilməsi ilə bağlı irəli sürülən iddiaları …

Bir cavab yazın