Şənbə , Noyabr 27 2021
azfa

Türkiyə Qaradənizdə qaz quyularının testini davam etdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qara dənizdəki “Türkali-2” quyusunun “Rezervuar-1” testi gündəlik 650 min kubmetrə yaxın debitlə davam edir.

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Twitter” hesabından verdiyi açıqlamada 28 iyulda “Türkali-2” quyusu “Rezervuar-2 və “Rezervuar-3” testlərinin uğurla tamamlandığını bildirib.

Nazir F.Dönmez Qara dəniz bölgəsində qaz fəaliyyətlərinin 21 saniyəlik video görüntülərini paylaşaraq, “28 iyul 2021-ci il “Türkali-2” quyusu “Rezervuar-2” və “Rezerv” testləri uğurla tamamlandı. 20 noyabr 2021 “Türkali-2” quyusu “Rezervuar-1” teste gündəlik 650 min kubmetrlik debitlə davam edir. Qara dəniz qazı üçün 2023-cü il hədəfimiz aydındır. Addım-addım irəliləyirik” deyib.

Nazir Dönmez Antalyada keçirilən 11-ci Türkiyə Enerji Zirvəsinin açılışında etdiyi çıxışında Sakarya Qaz Yatağı ilə bağlı bütün mühəndislik işlərini tamamladıqlarını bildirdi.

“Yüksək keyfiyyətli borular üçün sifariş vermişik. 2022-ci ilin yazında boruları suyun altına qoyacağıq və ilk qaynaq işlərini edəcəyik” deyə nazir vurğulayıb.

Dönmez dördüncü qazma gəmisinin 2022-ci ilin yazında Türkiyəyə çatacağını bildirib.

“4-cü gəmimiz qoşa qülləli dizayna malikdir və sərt dəniz şəraitində işləmək qabiliyyətinə malikdir. O, hətta yüksək təzyiqli rezervuarlarda belə daha təhlükəsiz işləyir” deyə nazir qeyd edib.

Həmçinin yoxlayın

Daha təhlükəli koronavirusla bağlı Türkiyə də 5 ölkə vətəndaşlarına ölkəyə girişi dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, daha təhlükəli koronavirusla bağlı Afrikanın 5 ölkəsindən Türkiyəyə …

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …