Türkiyə Qibrislə bağlı ikidövlətli həll yolunu tələb edir

Türkiyənin vitse-prezidenti Fuad Oqtay Qibrislə bağlı ölkə mətbuatına açıqlamasında deyib Qibris məsələsi ilə bağlı bəzi problemlər mövcuddur.

O bildirib ki, həm humanitar, həm də beynəlxalq səviyyədə bütün sahələrdə bərabərliyin olması son dərəcə vacib məsələdir:

“Adada real olan budur: İki dövlət var, iki ayrı demokratiya, iki ayrı hökumət və iki ayrı demoqrafiya mövcuddur. Bundan başqa, ölkələr arasında sərhəd və bu iki əraziyə hökm edəcək fərqli qanunlar var. Əsasən Kipr türklərinin gözlədiyi budur: 1960-cı illərdən bəri etdiyimiz kimi – federal bir quruluşdan danışmaq və ya müzakirə etmək əvəzinə, suveren və bərabərhüquqlu dövlət yaratmaq. Gəlin, yeni bir baxışa imza ataq.

Həqiqətən, Şimali Kipr Prezidenti Ərsin Tatar Cenevrə görüşündə masaya yeni bir baxışla gəldi. Cənubi Kipr rəhbərliyi isə son 60 ildə söylədikləri fikirləri bildirdi”.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …