Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, son günlərdə Rusya sülhməramlı kontingentinin regiondan çıxarılması prosesinə başlanılıb və Azərbaycanla Rusiya da bu faktı qəbul ediblər.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …