Çərşənbə axşamı , Mart 28 2023
azfa

Türkiyə-Suriya sərhədində təhlükəsizlik zonası nə vəd edir?

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Türkiyə-Suriya sərhədində 32 km-lik təhlükəsiz bölgə yaratmaq təklifi özü ilə bərabər çoxlu suallar doğurub.

Türkiyə cəmiyyəti “işlərin plana uyğun getməyəcəyi təqdirdə, təhlükəsiz bölgənin digər tərəfində qalan YPG/PKK terror təşkilatlarına atəş açıla bilərmi” sualı üzərində düşünür.

Mütəxəssislər bildirir ki, Türkiyə öz sərhədindən təhlükəsiz bölgənin digər tərəfindəki terrorçu YPG ünsürlərini SOM və BORA ballistik raketləri ilə vura bilər. Bu raketlərin hədəfdən sadəcə 3 metr yayına bilməsi ehtimalı var. Bu raketlərin mənzilləri isə 280-300 kilometrdir. Beləliklə, Türkiyə öz imkanları daxilində YPG qüvvələrinin olduğu hər məkanı rahatlıqla havaya uçura bilər. Çünki təhlükəsizlik bölgəsinin əhatə etdiyi bölgəni çıxmaqla, YPG-çilərin nəzarətində olan bütün bölgələr Türkiyə sərhədindən 280-290 km məsafədədir.

Təhlükəsizlik bölgəsi yaradılması məsələsi isə hələ ki, iki ölkə arasında müzakirə mövzusu səviyyəsində qalıb. Çünki sözügedən bölgədə ABŞ-a aid hərbi bazalar yerləşir. ABŞ geri çəkilərsə, təxminən, 300 km bölgə nəzarətsiz qalacaq. Bu bölgənin nəzarətinin kimdə olacağı isə sual altındadır. ABŞ-Türkiyə arasında baş tutan görüşlər isə sualların cavabını tapmaq üçün kifayət deyil. Çünki Rusiya da regionda öz mövqeyini gücləndirmək üçün addımlar atır. Bunun üçün təkcə təhlükəsizlik bölgəsinin qurulması kifayət olmaya bilər.

 

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadənin Azərbaycan Yüksəliş Partiyasında görüşü

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sədri Əjdər Tağızadə  Azərbaycan Yüksəliş Partiyasının qonağı olub. …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Güney azərbaycanlıların Brüssel yürüşü. Nə oldu?!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın