Cümə axşamı , Dekabr 11 2025
azfa

Türkiyə Suriyada PKK-nın qondarma liderlərindən biri məhv edib

GADTB: Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.

Bu barədə “Anadolu” agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.

Məlumata görə, Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı, təhlükəsizlik qüvvələrinin 26 əməkdaşının həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.

PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyəti ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.

Həmçinin yoxlayın

Azərbaycan milli hərəkat fəalı Hüseyn Amani-Nadarlı, Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Cənubi Azərbaycanda milli hərəkat fəalı olan Hüseyn Amani-Nadarlı haqqında məlumat yayan yaxınları bildiriblər ki, …

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “1945–1946: Azərbaycan Demokrat Firqəsinin qısa hakimiyyəti – uzun təsirləri” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …