Türkiyə “Tayfun” qırıcılarla birgə “Meteor” raketləri də alacaq

GADTB: Türkiyəyə 40 ədəd dördüncü nəsil “Tayfun” qırıcısının tədarükü ilə birgə MBDA şirkətinə məxsus “Meteor” hava-hava tipli idarəolunan raketlər də göndəriləcək. Bu barədə İsrail mediası məlumat yayıb.

İddia olunub ki, Berlin hökuməti qırıcı təyyarələrə inteqrasiya olunmuş raketlərin Türkiyəyə satışını təsdiq edəcək:

“Bu təkmil silahların təsdiqi “Tayfun” qırıcılarının yaxın gələcəkdə Ankaraya satılacağını da göstərə bilər”.

Eyni zamanda vurğulanıb ki, bu proses Afinada narahatlıq yaradıb.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …