Cümə axşamı , İyul 29 2021
azfa

Türkiyə türk dünyası gəncləri üçün yeni program elan edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə Xaricdəki Türklər və Əqrəba İcmaları  İdarəsi (YTB) xaricdə yaşayan türk uşaqları üçün Türk dili üzrə magistr və doktorantura təhsili almış vətəndaşları dəstəkləmək istiqamətində iki təqaüd programı elan edib.

YTB-dən verilən məlumata görə, İdarə xaricdə yaşayan gənc vətəndaşların akademik, sosial və mədəni cəhətdən inkişaf etmələri üçün müxtəlif proqramlar tərtib etməyə davam edir.

Xaricdə yaşayan uşaqların Türk dili və mədəniyyətini öyrənməsinə töhfə verməyə çalışan İdarə, eyni zamanda xaricdə magistr və doktorantura təhsili alan vətəndaşlara da dəstək verir.

Bu çərçivədə YTB türk uşaqları üçün müəllim hazırlamaq məqsədilə “Xaricdə Türk uşaqlarına Türkcə öyrətmə magistr programı” və ” Xaricdəki Vətəndaşların Tezis Araşdırması Bursu Proqrami’na start verib.

Sözügedən proqramlarda iştirak üçün müraciət 15 aprel-15 iyun tarixlərində

https://www.ytb.gov.tr/turkceylp/ və www.ytb.gov.tr/yvburslari internet ünvanları vasitəsilə aparılacaq.

Proqrama xaricdə yaşamaq hüququ olan 40 yaşına qədər türk vətəndaşları, mavi kart sahibləri və ikili vətəndaşlığı olan şəxslər müraciət edə bilərlər.

Müraciəti qəbul edilən namizədlər Türkiyədə iki semestr təhsil aldıqdan sonra məskunlaşdıqları ölkədəki təhsil müəssisələrinin birində staj və tezis dövrünü əhatə edəcək dörd semestri də bitirəndən sonra məzun olacaqlar.

Proqrama qəbul edilən tələbələrin universitet təhsil haqları YTB tərəfindən ödəniləcək və namizədlər aylıq təqaüdlə bərabər yataqxana ilə də təmin olunacaqlar.

Xaricdə magistr və doktorantura təhsili alan vətəndaşlara da təqaüd veriləcək.

Həmçinin yoxlayın

İrqçi və irticaçı fars rejimin məclisi Şimali Koreya yoluna keçməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamenti bir müddət öncədən hazırlanan və əslində …

Ermənistan yenə atəşkəsi pozaraq Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud …

Bir cavab yazın