Çərşənbə , Aprel 30 2025
azfa

Türkiyə türmanlara qarşı iyrənc oyunlarla bağlı xəbərdarlıq etdi

GADTB: Osmanlı imperiyası dağıldıqdan sonra Türkiyə ilə həmsərhəd olan bütün ölkələrdə türk azlıqları var idi, lakin bu toplum heç vaxt separatçı hərəkatlarda iştirak etməyib, quruculuq rolunu oynayıblar.

Bunu Türkiyə XİN-in rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

“Ona görə də inanırıq ki, türkmanlar İraqın hörmətli oğulları olaraq layiq olduqları bütün hüquqları almalıdır. Bütün xalqlara verilən hüquqlar kimi”, – o bildirib.

Fidan qeyd edib ki, türkmanların tarixi səbəblərdən sürgün olunmaları və yaşadıqları yerlərdə siyasi problemlərlə bağlı zəifləməsi türkmanlara qarşı deyil, Türkiyəyə qarşı yönəlmiş bir quruluşdur:

“Baxın, bu cür xırda oyunlarla oradakı nisbətən kiçik camaat üzərində üstünlük əldə etmək üçün addımlar atmaqla qalibiyyət əldə etməyəcəksiniz, əksinə, daha da böyük Türkiyənin qəzəbinə düçar olacaqsınız. Əvəzində Türkiyə ilə əlaqələri gücləndirmək üçün mövcud türkman əhalisindən istifadə edə bilərsiniz”.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …