Şənbə , Noyabr 27 2021
azfa

Türkiyə və Azərbaycan Naxçıvanda hərbi təlimlərə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.

“Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi baş tutacaq”, – açıqlamada qeyd olunub.

Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir:

“Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …