Şənbə , İyun 22 2024
azfa

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb.

Türkiyə Xarici İşlər Nazirliyi Krım tatarlarının sürgün edilməsinin 80-ci ildönümü və Çərkəz sürgününün 160-cı ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Krım tatar türk xalqının Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən sürgün edilməsindən 80 il keçməsinə baxmayaraq, qəsb edilmiş hüquqları geri qaytarılmayıb.

“Çərkəz sürgünü Türkiyənin kədərlə xatırladığı bir faciədir. Biz Krım tatarlarının və Qafqazın qardaş xalqlarının ağrı-acısını bölüşürük, xatirələrini hörmətlə yad edirik”,-deyə bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …