Cümə axşamı , Fevral 12 2026
azfa

Türkiyə xüsusi təyinatlıları atıq Kosovodadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

Bu barədə nazirlik tviter səhifəsində paylaşım edib.

Bildirilib ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

 “Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılarını göndərəcəyini bildirmişdi.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …