Bazar ertəsi , İyul 7 2025
azfa

Türkiyə yanvardan bu yana 1162 PKK terrorçunu məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu ilin yanvar ayının 1-dən etibarən həm ölkə daxilində, həm də sərhəd xaricində həyata keçirilən 43-ü böyük, 138-i orta miqyaslı olmaqla, 181 əməliyyatda ümumilikdə 1162 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatlarında bu günə qədər 142 terrorçunun məhv edildiyi, 57 mağara, 110 sığınacaq və 398 minanın zərərsizləşdirildiyi qeyd edilib.

Nazirliyin FETÖ ilə mübarizə barəsində açıqlamasında “Mübarizə qətiyyətlə davam edir. 15 iyul 2016-cı il tarixindən bu yana 24 714 nəfər vəzifədən kənarlaşdırılıb, 2493 personal üçün inzibati əməliyyat davam edir”, – deyə vurğulanıb.

Həmçinin yoxlayın

Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib. Görüşün gündəmində əsas …

İran Futbol Federasiyası “Traxtur” Klubuni cəzalanırıb

GADTB: İran Futbol Federasiyasının Apellyasiya Komissiyası yeni mövsümdə “Traxtur” komandasının Təbrizdə keçirilməsi planlaşdırılan oyununu ləğv …