Cümə , Yanvar 17 2025
azfa

Türkiyə yeni möhtəşəm silahını orduya təhvil verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Müdafiə Sənayesi daha bir möhtəşəm uğura imza atıb. Artıq yeni möhtəşəm silah Türk ordusuna təhvil verildi.

Bununla bağlı ilk müjdəni ölkənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir verib.

O bildirib ki, düşmənin strateji rabitə sistemlərini deaqtiv edən, döyüş meydanında önəmli üstünlük qazandıran yeni nəsil rabitə elektron hücum sistemi olan “Sancak” Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Nazir qeyd edib ki, “Sancak” yüksək hərəkət qabiliyyəti, genişzolaqlı yüksək çıxış gücü, fərqli növlərdə və rejimlərdə qarışdırmaq-aldatmaq funksiyası, genişzolaqlı elektron dəstək, avtomatik əlaqə qurma və demodulasiya kimi qabiliyyətlərlə elektron müharibə sahəsində TSK-ya yeni imkanlar qazandıracaq.

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …