Cümə axşamı , Dekabr 11 2025
azfa

Türkiyə Zəfər Günü ilə bağlı F-16-ları Azərbaycana göndərir

GADTB: Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı iştirak edəcək.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

“Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə Türkiyə Respublikasının Prezident Qvardiyasının nümayəndə heyəti və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı da iştirak edəcək”, – o qeyd edib.

Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.

Həmçinin yoxlayın

İstanbulda Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib

GADTB: İstanbulda Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib. İclasda çıxış edən Azərbaycanın energetika …

Üç azərbaycanlı fəalın kassasiya müraciəti Ali Məhkəmə tərəfindən dördüncü dəfə rədd edildi

GADTB: İran Ali Məhkəməsinin 29-cu şöbəsi Abbasəli Əlizadənin sədriliyi ilə Cinayət Prosessual Məcəlləsinin 476-cı maddəsinə …