Türkiyə Zəngəzur dəhlizinin inşasının başlandığını elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin inşasının başlandığını elan etdi.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bununla bağlı deyib ki, Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolunun tikintisi gedir.

Bu, Zəngəzur dəhlizinin inşasına başlandığı deməkdir. Yolun inşasının dekabr ayında yekunlaşdırılması planlaşdırılıb, lakin daha tez başa çatacağı gözləntiləri var.

Avtomobil yolu başa çatdıqdan sonra dəmiryolunun inşası həyata keçiriləcək. Dəmir yolu layihəsinin hazırlanması üzərində iş gedir.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …