Şənbə , Noyabr 27 2021
azfa

Türkiyədə “Akıncı”nın təqdimat mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Bayraqdar” texnologiya şirkəti tərəfindən istehsal olunan (Akıncı Taarruzi İnsansız Hava Aracı -TİHA) pilotsuz zərbə aparatlarının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.

Qeyd edək ki, “Akıncı” TİHA inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun gələcəkdə “Akıncı” TİHA-nın sifarişçilərindən olacağı ehtimal edilir.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …