Çərşənbə axşamı , İyul 14 2026
azfa

Türkiyədə COVID-19-a qarşı peyvənd istehsal olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “2 milyon ədəd COVID-19 peyvəndi istehsal etdik və oktyabrın sonunda kliniki testlərə başlayacağıq”.

Bu sözləri komandası ilə birlikdə özünü karantinə alan və koronavirusa qarşı effektiv müalicə üsulu tapmaq üçün işlər görən türkiyəli professor Ərcümənt Ovalı deyib.

İHA-ya açıqlama verən professor bildirib ki, gələn il fevralın sonunda peyvənd üzərində işlər yekunlaşacaq.

“Testlər davam edir. Türkiyədə reallaşdırılan heyvanlar üzərindəki testlər uğurla tamamlanıb. Son mərhələ testlər üçün ABŞ-dan 22 iyunda sınaq heyvanları gələcəkdi, amma gecikmə yaşandı. Onlar 10 avqustda gələcək. Koronavirusa ilk yoluxan geni dəyişdirilmiş siçanlar göndəriləcək. 1 ay üzərlərində sınaq aparacağıq. Kliniki sınaqlar isə oktyabrda başlayacaq”, – Ə.Ovalı vurğulayıb.

Qeyd edək ki, professor ilk olaraq peyvəndin 23 apreldə hazır olacağını açıqlamışdı. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca isə bu açıqlamaya sərt reaksiya vermiş, sosial media vasitəsilə insanların hissləri ilə oynamamağı tövsiyə etmişdi. Professor bu tənqiddən sonra sosial media hesabını bağlamışdı.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın