Şənbə , Oktyabr 16 2021
azfa

Türkiyədə İranın həbs cəzası verdiyi erməni təcavüzünü pisləyənlərə dəstək kampaniyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə İranın həbs cəzası verdiyi erməni təcavüzünü pisləyənlərə sosial şəbəkə istifadəçiləri dəstək kampaniyası keçiriblər.

Dünən axşam, oktyabrın 11-dən başlayan kampnaiyada türk sosial media fəalları #SoydaşlarımızıÖzgürBırakın həştəqı ilə azərbaycanlı fəallara dəstək veriblər.

Kampaniya qısa müddətdə Türkiyə və Azərbaycan jurnalistləri, siyasətçilər və sıravı vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Kampaniya İran məhkəməsinin 12 azərbaycanlı fəala Azərbaycan ordusuna dəstək verdikləri üçün 180 ay zindan və 888 şallaq zərbəsinə məhkum etməsinə etiraz olaraq həyata keçirilib.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …