Bazar , Sentyabr 19 2021
azfa

Türkiyədə PKK-nın törətdiyi meşı yanğını terror aktlarının nəticələri ilə bağlı son durum

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə PKK terror təşkilatının törətdiyi meşə yanğını terror aktları ilə bağlı mübarizə 8-ci günüdür davam edir.

İndiyə qədər 32 rayonda baş verən 152 yanğın nəzarət altına alınıb. Balıkesirin də daxil olduğu 6 rayonun 11 fərqli nöqtəsində yanğınlara müdaxilə davam edir.

Yanğınların davam etdiyi əyalətlər:

Antalya: Manavqat, Gündoğmuş

Muğla: Marmaris, Köyceğiz, Milas, Kavaklıdere, Yılanlı

İsparta: Sütçüler

Dənizli: Tavas

Balıkesir: Savastepe

Manisa: Akhisar

Manavqat

Manavqat rayonunda bir həftədir davam edən meşə yanğınının söndürülməsi üçün işlər davam edir.

Gündoğmuş

Gündoğmuş mahalındakı yanğını 3 vertolyot söndürməyə çalışır. Yanğının yaşayış məntəqələrinə çatmasının qarşısını almaq üçün səylər göstərilir.

Marmaris

Meşə yanğınlarının 8-ci günündə yanğınla mübarizədə qurudan və havadan müdaxilə edilir.

Köyceğiz

Köycegizin rayonunda meşə yanğını səbəbilə 5 məhəllə boşaldılıb.

Milas

Muğlanın Milas rayonunda günlərlə davam edən meşə yanğını bütün səylərə baxmayaraq, Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.

Kavaklıdere

Yanğınsöndürənlərimiz Kavaklıderedəki söndürmə işlərinə dəstək verir.

Yılanlı

Seydikemer Eşen Mahallesi və Yılanlı Sunqurda 2 ayrı meşədə və 5 fərqli nöqtədə yanğınlar davam edir. Komandaların alovlara qarşı mübarizəsi fasiləsiz davam edir.

Sütçüler

Sütçüler rayonunun Çandır kəndində baş verən yanğından dərhal sonra hərəkətə keçən İsparta bələdiyyəsi bölgəyə 100-dən çox şəxsi heyət, 2 yük maşını su və əsas təchizat göndərib.

Tavas

Tavas rayonunda meydana gələn meşə yanğını qismən nəzarət altına alınarkən, Dənizli Qubernatorluğunda yenidən vertolyotların dəstəyi ilə soyutma işlərinin aparılacağı bildirib.

Savaştepe

Savaştepe rayonundakı meşə yanğını nəzarət altına alınıb.

Akhisar

Manisa Böyükşəhər Bələdiyyəsi Akhisar rayonun Selçikli məhəlləsində baş verən yanğını söndürmək üçün bütün komandalarını səfərbər edib.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …