
GADTB: Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran özünün X hesabında yazıb ki, Nusaybin-Qamışlı sərhədinin Suriya tərəfində YPG tərəfdarlarının şanlı bayrağımıza qarşı xaincəsinə hücumu, millətimizin dincliyini pozmağa və terrorla mübarizəmiz çərçivəsində inkişafları hədəf almağa yönəlmiş açıq təxribatdır.
“Bu cür əməlləri planlaşdıranlar bilməlidirlər ki, Türkiyənin təhlükəsizliyinə yönəlik hər təhdid qətiyyətli şəkildə cavabını alacaq”, – Duran bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi