Şənbə , İyun 22 2024
azfa

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən güclü ordu olduğu açıqlandı.

Amerikanın “Global Fire” təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. Araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanması var.

68 milyard dollar hərbi büdcə ilə Böyük Britaniya ikinci sıraya qoyulub.

Türkiyə 40 milyard dollarlıq hərbi büdcə ilə 3-cü yerdədir. Türkiyənin 520 min aktiv və 400 min ehtiyat əsgəri var və hücum pilotsuz təyyarələri ilə seçilir. Onun 2200 tankı və 200 döyüş gəmisi var.

4-cü yerdə İtaliya, 5-ci yerdə 50 milyard dollarlıq büdcəyə malik Fransa (141 min əsgər), 6-cı yerdə Almaniya, İspaniya, 8-ci yerdə Polşa, 9-cu yerdə Kanada, 10-cu yerdə Yunanıstan ordusu qərarlaşıb.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …