Bazar ertəsi , Dekabr 11 2023
azfa

Türkiyənin İzmir şəhərində “Urmiya gecəsi” adlı Azərbaycan mədəniyyət festivalı keçiriləcək

GADTB: Türkiyənin İzmir şəhərində 29-30 sentyabr 2023-cü il tarixlərində “Urmiya gecəsi” adlı Azərbaycan mədəniyyət festivalı keçiriləcək.

Festivalın ilk günündə Azərbaycanın tanınmış ədəbiyyat simalarından biri şair Bulud Qaraçorlu Səhəndin anım gecəsi keçiriləcək. Gecə boyu bu şairin həyat və yaradıcılığından danışılacaq, onun şeirləri, şeirlərinə yazdığı melodiyalar oxunacaq. Həmçinin şair haqqında qısametrajlı film təqdim olunacaq.

Festivalın ikinci günündə “Urmiya gecəsi” adlı tədbir keçiriləcək. Bu mərasimdə Urmiyanın tarixindən və qədim sivilizasiyasından danışılacaq və qısametrajlı film təqdim olunacaq.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə Ərdəbildə posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil bir qrup azərbaycanlı fəal poster yapışdırmaqla həbsdə …

Urmiyada Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Urmiya şəhərində Azərbaycan Milli Hökumətinin qurulmasının …