Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu uğurla həyata keçirib. Bu barədə TGRT telekanalı məlumat yayıb.

Sınaqların texniki təfərrüatı barədə hələ ki, məlumat verilməyib.

“Uçuş hələ rəsmi olaraq təsdiqlənməyib. Fevralın 21-də ilk uçuşdan bəri mühəndislər qırıcının proqram təminatını, uçuş və döyüş xüsusiyyətlərini təkmilləşdirmək üçün yeni sistemləri birləşdirir”, – kanal bildirib.

Qeyd edək ki, fevralın 21-də Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı Mürted aviabazasından havaya qalxan “Kaan” qırıcısı 13 dəqiqə havada qalıb, sürəti saatda 420 km-dən çox, uçuş hündürlüyü isə 2,4 km olub.

Video: https://t.me/GADTB1/34830

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …