Şənbə , Avqust 15 2026
azfa

Türkiyənin S-400-ləri başqa ölkəyə verəcəyi gündəmə gəlib

GADTB: “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi qeyd edib ki, məndə olan məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb.

“Saziş bu gün (cümə günü) açıqlanacaq. S-400-lər körfəz ölkəsinə göndərilir. Dünən bəzi problemlərin həlli üçün işlər gedirdi və onların gecə yarısına qədər həll edildiyi bildirilirdi. Bəziləri deyir ki, bu, Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ), digərləri isə Qətər olduğunu iddia edir. Rəsmi açıqlamanı gözləmək ən yaxşısıdır”, – o əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Tramp Ankaraya səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tramp görüş zamanı CAATSA sanksiyalarının ləğv ediləcəyini və Türkiyəyə F-35-lər veriləcəyini açıqlayıb.

F-35-lərin verilməsində əsas maneə kimi Rusiyanın S-400 sistemləri göstərilir.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …